...

Azərbaycanın taekvando Federasiyası "A" kateqoriyalı turnirin müddətini təsdiqləyib

Cəmiyyət Materials 28 Dekabr 2005 16:33 (UTC +04:00)

Azərbaycanın taekvando Federasiyası gələn il Bakıda keçiriləcək "A" kateqoriyalı beynəlxalq turnirin keçirilməsi vaxtını təsdiqləyib.

Milli Federasiyanın birinci vitse-prezidenti Füzuli Musayevin Trend ə verdiyi məlumata görə, nüfuzlu yarış avqustun 19-20-də İlman Smarayında keçiriləcək. "Əvvəlcə biz yarışın sentyabrda keçirilməsini planlaşdırmışdıq, lakin payızın ilk ayında komandanın Dünya Kubokunda iştirak etmək üçün səfərə çıxacağı gözlənilir. Buna görə də Azərbaycanın Açıq Çempionatının avqustda keçirilməsi qərara alındı", - deyə F.Musayev bildirib.

O, həmçinin, qeyd edib ki, gələn il "A" kateqoriyasında analoji yarışın həmçinin, İsveç, Hollandiya, Belçika, Almaniya, Avstriya, Xorvatiya və Fransada keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti