...

Şəhriyar Məmmədyarovu bir çox turnirlərin təşkilatçıları dəvət edir

Cəmiyyət Materials 29 Dekabr 2005 12:30 (UTC +04:00)

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov müxtəlif turnirlərdə iştirak etmək üçün çoxlu sayda təkliflər alıb.

Şahmatçı özü Trend ə bildirib ki, hazırda o, Rusiyada, Türkiyədə və bir çox digər ölkələrdə keçiriləcək turnirlərin təşkilatçılarından aldığı dəvətləri nəzərdən keçirir. "Mən hələlik bilmirəm, məhz hansı yarışlarda iştirak edəcəyəm. Artıq gələn il qəti qərar verəcəyəm" -deyə Ş.Məmədyarov qeyd edib. Onun sözlərinə görə, bunun səbəbi odur ki, idmançı gənclər arasında dünya birinciliyinin qalibi olub və öz nüfuzunu kifayət qədər artırıb.

Eyni zamanda, Ş.Məmədyarov qeyd edib ki, gənclər arasında mundialda iştirakdan sonra onun yorğunluğu Xantı-Mansiyskdə keçirilən Dünya Kubokunda uğursuzluğa səbəb olub.

Xəbər lenti

Xəbər lenti