...

Bədii gimnastika Gəncədə də yayılmağa başlayır

Cəmiyyət Materials 9 Yanvar 2006 15:44 (UTC +04:00)

Bədii gimnastika üzrə fevral ayına planlaşdırılmış turnirdə Bakı idmançıları ilə yanaşı Gəncə nümayəndələri də çıxış edəcək. Bu barədə Trend ə Azərbaycanın gimnastika Federasiyasının mətbuat xidmətində bildirilib.

Seksiyanın rəhbəri, keçmiş gimnast Larisa Aulina deyib ki, gəncəli idmançılar - Aysel Əliyeva, Ləman Haqverdiyeva və Əzizə Hüseynova yarış ərəfəsində böyük səylə məşq edirlər. Onlar əlbəttə ki, hələlik xüsusi mükafatlara niyyətli deyillər, amma Azərbaycanın qərbində yerləşən bu şəhərdə keçirilən müxtəlif təntənəli mərasimlərdə artıq parlaq çıxışlar edirlər.

"Biz ölkəni n idman rəhbərliyinin regionlarda gimnastikanı inkişaf etdirmək çağırışına qoşulduq və 4 saylı məktəbdə seksiya açdıq. İndi bizdə hər gün 15-20 qız məşğul olur. Hərdən iştirakçıların öz arzusu ilə bədən tərbiyəsi dərsləri bədii gimnastika məşğələləri ilə əvəz edilir. Valideynlər də öz övladlarını gimnastikaya gətirməkdə maraqlıdır. Bakıda keçirilən dünya çempionatından sonra isə bizim seksiyaya axın daha da gücləndi"-deyə L. Aulina bildirib.

Onun sözlərinə görə, məktəblə yanaşı gimnastlar Gəncə Olimpia kompleksində də məşq edirlər. Olimpiya kompleksində idmanın inkişaf etdirilməsi üçün hər bir əşrait yaradılıb.

Azərbaycanın gimnastika Federasiyasının mətbuat xidmətində qeyd olunub ki, ölkənin bütün regionlarında idmanın əsas növlərindən biri kimi gimnastikanın inkişafına xüsusi əhəmiyyət veriləcək. Əmin olmaq istərdik ki, təkcə Gəncədə deyil, həm də respublikanın digər şəhərlərində gimnastika seksiyaları açılacaq, fəaliyyət göstərən olimpiya komplekslərində isə gimnastik məşğələlər və yarışlar keçiriləcək, həmçinin bu günlərdə "2005-ci ilin adamı" seçilmiş Azərbaycanın gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva bu işə, gimnastikanın gələcək inkişafına xidmət edən belə tədbirlərin genişləndirilməsinə öz tərəfindən kömək edəcək.

Xəbər lenti

Xəbər lenti