...

Qriqori Surkis: Azəzrbaycan bizim üçün yaxşı variantdır

Cəmiyyət Materials 2 Fevral 2006 16:05 (UTC +04:00)

"Azərbaycan bizim üçün yaxşı variantdır". Belə bir bəyanatla Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkis martın 1-də Bakıda Azərbaycan yığmasına qarşı matç barədə razılaşmanın əldə olunmasını şərh edərkən bəyan edib.

Trend in "Sovetskiy sport" qəzetinə istinadən yaydığı məlumata görə, gələcək dünya çempionatının finalçılarını ilk növbədə Çinə dəvət ediblər. "Lakin biz qərara almışıq ki, həddən artıq uzun və yorucu uçuş səbəbindən təklifi qəbul etmək məqsədəuyğun deyil ", - deyə Q.Surkis bildirib. Bakıda oyun mundiala hazırlığın ən mühüm mərhələlərindən biri olacaq və ona görə də Oleq Bloxinin dəstəsi Bakıya güclü tərkidə gələcək.

Xatırladaq ki, AFFA Sloveniya, Rumıniya və Maltadan olan həmkarları ilə yoxlama görüşlərin keçirilməsi mövzusunda danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti