...

Respublika Məhkəmələrinin Hakimləri Assosiasiyasının geniş iclası keçiriləcək

Cəmiyyət Materials 3 Fevral 2006 15:48 (UTC +04:00)

Fevralın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Respublika Məhkəmələrinin Hakimləri Assosiasiyasının geniş iclası keçiriləcək. Bu barədə Trend ə Assosiasiyanın və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin sədri Ələddin Cəfərov məlumat verib.

Onun sözlərinə görə, toplantıda rayon, şəhər məhkəmələrinin, Apellyasiya və Ali Məhkəmənin hakimləri, Ədliyyə Nazirliyinin və Məhkəmə Hüquq Şurasının nümayəndələri iştirak edəcək. Toplantının keçirilməsində məqsəd Prezident İlham Əliyevin 19 yanvar 2005-ci il tarixdə imzaladığı "Məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında" fərmanından irəli gələn bir sıra məsələləri müzakirə etməkdən ibarətdir.

"Toplantıda qəbul olunan qərar və təkliflər Ədliyə Nazirliyinə və Məhkəmə Hüquq Şurasına təqdim ediləcək, - deyə Ələddin Cəfərov bildirib.

Xəbər lenti

Xəbər lenti