...

Harold Tanner: "Etnik azlıqların və yerli əhalinin dinc yaşadığı Azərbaycan bir çox ölkələr üçün yaxşı nümunə ola bilər"

Cəmiyyət Materials 13 Fevral 2006 17:32 (UTC +04:00)
Harold Tanner: "Etnik azlıqların və yerli əhalinin dinc yaşadığı Azərbaycan bir çox ölkələr üçün yaxşı nümunə ola bilər"

"Etnik azlıqların və yerli əhalinin dinc yaşadığı Azərbaycan bir çox ölkələr, o cümlədən ona qonşu olan dövlətlər üçün yaxşı nümunə ola bilər". Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 13-də Bakıda keçirilmiş mətbuat konfransında ABŞ-ın yəhudi təşkilatlarının prezidentləri konfransının (Conference of Presidents of Major American Jewish Organizations) sədri Harold Tanner (Harold Tanner) bəyan edib.

Təxminən 70 nəfərdən ibarət nümayəndə heyəti ilə Azərbaycana gəlmiş Konfrans sədri dövlətin ölkənin etnik azlıqları ilə bağlı yürütdüyü tolerantlıq siyasətindən razılığını bildirib. "Azərbaycan bir ölkə kimi geostrateji,geosiyasi və dini əhəmiyyət kəsb edir, etnik azlıqlarla münasibətdə "yumşaq mövqe"dən çıxış edir ki, bu da bir çox ölkələr üçün yaxşı nümunə ola bilər", - deyə sədr köməkçisi Malkolm Hoenleyn (Malcolm Hoenlein) bildirib. M.Hoenleyenin sözlərinə görə, onlar əhalisinin böyük hissəsini müsəlmanların təşkil etdiyi ölkədə yəhudilərin dinc yaşayışının şahidi olub. Nümayəndə heyəti ölkə rəhbərliyi ilə görüşlərin və danışıqların yekunlarına dair ABŞ-ın Dövlət Departamenti üçün hesabat hazırlaycaq.

Azərbaycan terrorçuluqla mübarizədə mərkəzi rol oynayır. Azərbaycan və yəhudi xalqı uzun illərdir ki, terrorçuluqdan əziyyət çəkir, - deyə o qeyd edib. Ermənistan-Azərbaycan münaqişəsinə gəlincə, M.Hoenleyen bəyan edib ki, onlar münaqişənin sülh yolu ilə nizama salınmasının tərəfdarıdır. "Biz istərdik ki, bu yaxınlarda başa çatmış Paris danışıqları zamanı hər iki ölkə prezidenti daha böyük irəliləyişə nail olsun", - deyə o qeyd edib. "Biz istənilən köməyi göstərməyə hazırıq", - deyə sədr köməkçisi vurğulayıb. O, həmçinin, ABŞ Konqresində 907-ci düzəlişin tamamilə ləğv olunmasında da köməklik etməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti