...

Vəkillər üçün hazırlanmış yeni əbaların ilkin nümunəsi vəkillərin müzakirəsinə veriləcək

Cəmiyyət Materials 21 Fevral 2006 16:52 (UTC +04:00)

Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən vəkillər üçün hazırlanmış xüsusi əbaların ilkin nümunəsi yaxın günlərdə vəkillərin müzakirəsinə veriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov məlumat verib.

Onun sözlərinə görə, bu əbalar yalnız VK-nın üzvü olan 400-dən artıq vəkil üçün nəzərdə tutulub. Əbalar qara rəngdə olacaq. Tünd rəngli poqonlar geyimin əsas rəngindən bir qədər seçiləcək. Vəkillər bu rəsmi geyimlərdən məhkəmə iclaslarına daxil olarkən istifadə edəcəklər. Məhkəmə iclaslarına rəsmi geyimsiz çıxan vəkillər üçün isə qanuni cəza növü müəyyən ediləcək.

"Xüsusi geyimlər yalnız təsisçilik hüququ olan vəkillərə pulsuz veriləcək. Digər vəkillərsə geyimi pulla əldə edə biləcək. Lakin hələlik konkret qiymət müəyyənləşdirilməyib" - Fərhad Nəcəfov söyləyib.

F.Nəcəvov yaxın vaxtlarda regionlarda vəkillərin sayının artlmasının xüsusi geyimlərin sayına da təsir göstərəcəyini bildirib. O qeyd edib ki, vəkillərin sayı artarsa, xüsusi geyimlərlə bağlı əlavə sifarişlərin də artacağı istisna deyil.

Xəbər lenti

Xəbər lenti