...

"Xocalı dramı" TRT vasitəsilə dünyanın beş qitəsinə yayımlanacaq

Cəmiyyət Materials 24 Fevral 2006 16:47 (UTC +04:00)

Ermənilərin Xocalı soyqırımında törətdiyi vəhşiliklər TRT telekanalı ilə yayımlanacaq. Trend xəbər verir ki, TRT-nin Bakı təmsilçiliyində hazırlanan "Addım-addım Qafqazlar" proqramında 2006-cı il fevralın 26-da "Xocalının dramı" efirə çıxacaq.

Proqramda 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalı şəhərində törətdiyi ağlasığmaz vəhşiliklər, bu faciəni yaşayan, hadisələrin şahidi olanlar görüntüyə gələcək. Şaxtalı qış gecəsində törədilmiş faciə nəticəsində dağlara sığınan insanların taleyi, ermənilərin vəhşilikləri, amansız qətillərinin qurbanları proqramda yer alacaq.

Bir aya yaxın vaxt ərzində hazırlanan proqram film olaraq efirə çıxarılacaq. Filmdə faciədən lentə alınmış arxiv materiallarından da istifadə edilib.

Proqram 2006-cı il fevralın 26-da TRT vasitəsilə dünyanın beş qitəsində yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti