...

Heydər Əliyev Fondu proqramı çərçivəsində tikiləcək 200 məktəbin siyahısı hazırlanıb

Cəmiyyət Materials 27 Fevral 2006 12:49 (UTC +04:00)

Azərbaycanın Təhsil nazirliyində Heydər Əliyev Fondu proqramı çərçivəsində kəskin zərurətin olduğu rayonlarda tikiləcək 200 məktəbin siyahısı hazırlanıb. Bu barədə Trend ə Təhsil nazirliyindən məlumat verilib.

Məktəblərin Fondun bu il həyata keçirilməsi nəzərdə tutulan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının növbəti mərhələsi çərçivəsində inşası planlaşdırılır.

Məktəblərin siyahısı Təhsil nazirliyi və Dövlət Memarlıq komitəsinin yeni məktəblərin tikintisi probleminin xüsusilə kəskin olduğu rayon və kəndləri müəyyən etmək üçün ölkə regionlarına ezam olunmuş nümayəndələri tərəfindən hazırlanıb.

Nazirlikdən bildiriblər ki, məktəblərin siyahısı bu günlərdə Fonda təqdim olunacaq.

Xatırladaq ki, 2005-ci ildə Fondun proqramı çərçivəsində Azərbaycanda 132 yeni məktəb tikilmişdir.

Xəbər lenti

Xəbər lenti