...

Şahin Diniyev: Azərbaycan yığması Ukrayna ilə maksimum nəzakətlə oynayacaq

Cəmiyyət Materials 27 Fevral 2006 16:36 (UTC +04:00)

Azərbaycanın fubol yığması fevralın 28-də T.Bəhramov adına Respublika stadionunda Ukraynaya qarşı yoldaşlıq görüşündə maksimum nəzakətlə oynamaqla çalışacaq.

Meydan sahibinin baş məşqçisi Şahin Diniyevin Trend ə verdiyi məlumata görə, bu vəziyyət rəqibin Almaniyada dünya çempionatındakı qarşıdakı çıxışı ilə şərtləndirilib. "Andrey Şevçenkonun komandada olmamasına gəldikdə, Oleq Bloxin elə bir komanda yaradıb ki, bu komanda meydanda ayrıca futbolçunun olub-olmamasından asılı olmayaraq matçın taleyini həll etmək iqtidarındadır. Ukrayna yığmasının bütün futbolçuları yüksək səviyyəli idmançılardır ", - deyə mütəxəssis bəyan edib.

Xatırladaq ki, qarşıdakı görüş Ş.Diniyevin milli komandanın başçısı vəzifəsində debütüdür.

Xəbər lenti

Xəbər lenti