...

Azərbaycan boksçuları Noginskdə 3 medal qazanıb

Cəmiyyət Materials 28 Fevral 2006 13:22 (UTC +04:00)

Azərbaycanın boks üzrə yığması Noginskdə (Rusiya) başa çatan beynəlxalq turnirdə 3 bürünc medal qazanıb.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, yarışlarda Famil Süleymanov (57 kq), Natiq Alışov (64 kq) və Hafiz İsgəndərov (75 kq) fərqlənib. Kollektivin məşqçisi Şamil Əlimzanov yaxşı texnika və taktika nümayiş etdirmiş yetirmələrindən razı qaldığını qeyd edib.

Qeyd etmək lazımdır ki, Noginskə səfərdə məqsəd bu mövsüm bir sıra məsuliyyətli yarışlarda iştirak edəcək yığmanın tərkibini yoxlamaqdan ibarət idi.

Xəbər lenti

Xəbər lenti