...

Ombudsman 2005-ci il üzrə illik məruzəsini prezidentə və Milli Məclisə təqdim edib

Cəmiyyət Materials 28 Fevral 2006 20:04 (UTC +04:00)

Fevralın 28-də Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2005-ci il üzrə illik məruzəsini Azərbaycan prezidentinə və Milli Məclisə təqdim edib. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

Müvəkkilin illik məruzəsi Konstitusiya qanunu ilə müəyyən edilmiş qaydada Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş Prokurorluğa da göndəriləcək. Məruzə Milli Məclisin yaz sessiyasında dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədilə "Azərbaycan" qəzetində, "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda və digər mətbu orqanlarda nəşr ediləcək.

Məruzədə Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, müvəkkilin ictimaiyyətlə, KİV-lə, beynəlxalq qurumlarla əlaqələri, qanunvericiliyə dəyişikliklərə dair təklif və tövsiyləri öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti