...

Yaxın günlərdə hökumət yenidən yaradılmış yeni strukturun Azərbaycanın Gənclər və İdman Nazirliyinin layihəsini təsdiqləyəcək

Cəmiyyət Materials 1 Mart 2006 16:07 (UTC +04:00)

Yaxın günlərdə Azərbaycan hökuməti yenidən yaradılmış Gənclər və İdman Nazirliyinin Nizamnaməsinin və yeni strukturunun layihəsini təsdiqləyəcək. Bu barədə Trend ə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Onun sözlərinə görə, Nazirliyin yeni Nizamnaməsində dəyişikliklər nəzərdə tutulmayıb. Struktur islahatların aparılacağı - futbol sektorunun yaradılması, tələbələrlə iş üzrə sektor, eləcə də antidopinq sektorunun yaralıdması təklif olunur. Nazir eləcə də Nazirliyin rayon şöbələrinin ipşinin səviyyəsinin qaldırılmasını nəzərdə tutub və nazirin sözlərinə görə, burada şöbələrin əməkdaşlarının dəyişdirilməsi də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti