...

Azərbaycanda yaşı 29-a qədər olan 8010 məhkum və məhbuslara peyvənd vurulur

Cəmiyyət Materials 6 Mart 2006 17:01 (UTC +04:00)

Azərbaycanda yaşı 29-a qədər olan 8010 məhkum və məhbuslara peyvənd olunur. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (ƏN) Səhiyyə İdarəsinin rəisi Rəfael Mehtiyev məlumat verib.

R.Mehtiyev bildirib ki, qızılca və məxmərəyə görə respublikada aparılan immunizasiya ilə əlaqədar Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsində 7 briqada yaradılıb. Həmin briqadalar tərəfindən xüsusi cədvəl üzrə ƏN-nin tabeliyindəki istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 29 yaşına qədər olan şəxslərə (məhkumlar və məhbuslarla yanaşı müəssisələrdə və təcridxanalarda çalışan zabitlər, əsgərlər, o cümlədən mülki şəxslər də nəzərdə tutulur) peyvənd vurulması məsələsi tənzimlənir.

"Ümumi siyahıda 29 yaşına qədər olan məhkum və məhbusların sayı 8010 nəfərdir. Son bir həftə ərzində onlardan 4209 nəfəri vaksinasiya olunub. Cədvəl üzrə, vaksinasiya işləri bütün müəssisələrdə, o cümlədən Xələcdəki 5 saylı cəzaçəkmə müəssisəsində və Gəncədəki 2 saylı istintaq təcridxanasında da həyata keçirilir" - deyə R.Mehtiyev söyləyib.

Səhiyyə İdarəsinin rəisi, həmçinin, qeyd edib ki, peyvənd vurulması hər bir məhkumun könüllü razılığı ilə həyata keçirildiyi üçün paralel olaraq onlara bu kampaniyanın vacibliyi ilə bağlı izahatlar da verilir. "Əksər hallarda məhkumlar peyvənd vurulmasına razılıq verirlər" - deyə idarə rəisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti