...

Təhsil Nazirliyi "quş qripi" ilə əlaqədar məktəblərdə xüsusi bukletlər yayır

Cəmiyyət Materials 9 Mart 2006 17:16 (UTC +04:00)

Yaxın günlərdə Azərbaycanın Təhsil Nazirliyi Bakı, Sumqvyıt və Xəzər sahilində yerləşən rayonlardakı məktəblərdə "quş qripi" ilə əlaqədar informasiya xarakteri daşıyan xüsusi bukletlər və vərəqələr yayacaq. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Buklet və vərəqələrdə məqsəd müəllim və şagirdləri virus barədə məlumatlandırmaqdır. Bu təşviqat ədəbiyyatı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və Azərbaycanın aqrobiznes Mərkəzinin maliyyə dəstəyi ilə dərc olunub. Bundan əlavə, YUNİSEF-in Bakı ofisinin iştirakı ilə plakatlar hazırlanıb. Həmin plakatlar da Təhsil Nazirliyinin təşəbbüsü ildə bütün təhsil müəssisələri arasında yayılacaq.

Xəbər lenti

Xəbər lenti