...

Azərbaycan "quş qripi" virusuna şübhəli xəstələrdən götürülmüş analizləri İngiltərəyə göndərib

Cəmiyyət Materials 15 Mart 2006 13:49 (UTC +04:00)

Martın 15-də saat 04.00-da Azərbaycanda "quş qripi" virusuna yoluxması ehtimal olunan xəstələrdən götürülmüş analizlər London laboratoriyasına göndərilib. Bu barədə Trend ə Azərbaycanın Səhiyyə Nazirliyindən məlumat verilib. Analizlər Londona martın 16-da çatdırılacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 3 nəfərin "quş qripi" virusundan vəfat etməsi ilə bağlı diaqnozu təsdiqləyib.

Nazirlikdən bildirilib ki, "quş qripi" ilə mübarizədə yardım etmək üçün ÜST-ün 3 eksperti - Simon Mardel (ÜST-ün "quş qripi" klinikasının eksperti), Karolina Braun (ÜST-ün "quş qripi"nin yayılması üzrə eksperti) və Kristina Salvi ("quş qripi üzrə menecer") martın 15-də Azərbaycana gəlib. S.Mardel martın 29-dək, K.Braun və K.Salvi isə martın 24-dək Bakıda olacaq.

ÜST-ün daha iki mütəxəssisi Naomi Boksal və Andreas Gilsdors da Azərbaycana daha əvvəl gəlib və onlar martın sonunadək respublikada olacaq.

Xəbər lenti

Xəbər lenti