...

Ənvər Çoudri kubokunda iyirmi ölkədən boksçular işirak edəcək

Cəmiyyət Materials 16 Mart 2006 12:54 (UTC +04:00)

Ümumdünya Boks Assosiasiyasının (AİBA) prezidenti Ənvər Çoudri kubokunun X turnirində 20 ölkədən komandalar iştirak edəcək. Xatırladaq ki, kuboka martın 29-da Bakıda start veriləcək.

Trend in xəbər verdiyi kimi, təşkilat komitəsinin iclasında Milli Federasiyanın rəhbəri Ağacan Əbiyev qeyd edib ki, yarışda Türkiyə, Qazaxıstan, ABŞ, Rusiya, Ukrayna, Filippin, Tailand, Qatar, Çin, İsrail, Pakistan, Kuba və bir çox digər ölkələrdən olan atletlər iştirak edəcək. Rinq sahibləri iki tərkibdə təmsil olunacaq.

Gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə keçirilmiş görüşdə Ə.Əbiyev bildirib ki, 5 yüksək mükafatın qazanılacağına ümid edir. Yarışları idarə etmək üçün isə Almaniya, İtaliya və Rusiyadan hakimlər dəvət olunub.

Xəbər lenti

Xəbər lenti