Azərbaycanın Voleybol Federasiyası iyun ayında Qubada iri beynəlxalq turnirin keçirilməsini planlaşdırıb.
Trend in məlumatına görə, artıq Puerto-Rikonun yarışda iştirakı rəsmən təsdiq edilib. Latın Amerikası komandası dünya reytinqində Faiq Qarayevin yetirmələrindən irəlidədirlər. Ona görə də onlarla görüş meydan sahiblərinin xeyrinə ola bilər. Ötən il Qran-Pri seçmə turnirinin kvalifikasiyasının keçirildiyi Qubaya Belarusla yanaşı, digər komandaların da gəlişi gözlənilir.
Qeyd etmək lazımdır ki, turnir qarşıdakı Qran-Pri və yığma üçün mövsümüe əsasa yarışı olacaq Yaponiyada keçiriləcək dünya çempioatına hazırlıq mərhələsi olacaq.