...

Azərbaycan xokkeyçiləri Ukrayna ilə yoxlama görüşləri keçirib

Cəmiyyət Materials 23 Mart 2006 13:15 (UTC +04:00)

Azərbaycanın otüstü xokkey üzrə qadınlardan ibarət yığması beynəlxalq turnir ərəfəsində Bakıda Ukrayna ilə bir neçə yoxlama matçı keçirib.

Baş məşqçi Adil Paşayevin Trend ə verdiyi məlumata görə, hər iki görüşdə ev sahibləri məğlub olsa da, oyunlar yığmaya namizədlərin öz keyfiyyətlərini nümayiş etdirmək imkanı verib. "Oyunlar 30-40 dəqiqə davam edirdi və nəticələrə ciddi yanaşmaq lazım deyil. Bundan başqa xokkeyçilər Romada keçiriləcək dünya çempionatının sençmə turniri ərəfəsində zədələnməmək üçün ehtiyatla hərəkət edirdi. Ancaq beynəlxalq turnirdə mübarizə tamamilə fərqlənəcək", - deyə A.Paşayev vurğulayıb.

Maraqlıdır ki, beynəlxalq turnirin açılış oyununda məhz Azərbaycan və Ukrayna qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti