...

Azərbaycan ombudsmanı avropalı ombudsmanların növbədənkənar iclasında iştirak edəcək

Cəmiyyət Materials 27 Mart 2006 11:56 (UTC +04:00)

Aprelin 1-də Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova İnnsburqda keçiriləcək Avropa Ombudsmanları İnstitutunun növdənkənar iclasında iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın Ombudsman Aparatından məlumat verilib.

İclasda Avropa Ombudsmanları İnstitutunun Nizamnaməsinə dəyişikliklər edilməsi nəzərdə tutulub. İclasın gedişində iştirakçılar protokolun təsdiq edilməsi məsələsinə baxacaq, sədrin hesabatını dinləyəcək və yeni üzvlərin qəbul edilməsi məsələsini müzakirə edəcəklər. İclasın iştirakçıları qarşısında həmçinin, Avropa ölkələrində insan haqlarının müdafiəsi məsələsinin müzakirəsi də durur.

Xəbər lenti

Xəbər lenti