...

"Quş qripi" diaqnozu ilə xəstəxanaya yerləşdirilən 15 yaşlı azərbaycanlı qızın vəziyyəti sabitdir

Cəmiyyət Materials 27 Mart 2006 18:09 (UTC +04:00)

"Quş qripi" xəstəliyi ilə xəstəxanaya yerləşdirilən 15 yaşlı azərbaycanlı qızın vəziyyəti sabitdir. Bu barədə Trend ə Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırda pasiyent 2 saylı Bakı şəhər uşaq klinik xəstəxanasında müalicə olunur. "O, həkimlərin daimi nəzarəti altındadır" -deyə səhiyyə nazirliyinin nümayəndəsi qeyd edib.

Qeyd edək ki, ÜST-in Londondakı laboratoriyasında aparılan araşdırmaların nəticələrinə əsasən, Salyan rayonunun Dayıkənd və Sarvan kəndləri, eləcə də Tərtər rayonunun Bəyim-Sarov kəndinin sakinlərindən toplanmış nümunələrdə H5N1 virusuaşkar edilib. Müəyyən edilən 7 xəstənin 5-i artıq vəfat edib. Dayıkənd sakini, 10 yaşlı bir oğlan sağaldığına görə evə göndərilib.

ÜST-in müxtəlif sahələrdə məşğul olan mütəxəssisləri Bakıya gəlib və Səhiyyə Nazirliyinin əməkdaşları ilə birgə iş aparır.

Xəbər lenti

Xəbər lenti