...

Azərbaycanın din xadimləri üçün növbəti USAİD proqramının gerçəkləşdirilməsinə başlanılıb

Cəmiyyət Materials 29 Mart 2006 14:24 (UTC +04:00)

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) "İctimai əlaqələr" proqramında iştirakla bağlı ərizələrin verilməsi prosesinə başlanması ilə əlaqədar martın 29-da Bakıda "Project Harmony" qeyri-hökumət təşkilatı nümayəndələrinin mətbuat konfransı keçirilib.

Proqramın həyata keçirilməsi üçün məsul olan "Project Harmony" təşkilatının nümayəndələri qeyd edib ki, ərizələr Azərbaycanın ABŞ-dakı dini icma nümayəndələrinin müsabiqədə iştirakı məqsədilə qəbul edilir.

Proqramın məqsədi - iki ölkənin müxtəlif dini icmaları arasında sıx əlaqələr yaratmaqla peşəkar vərdişlərin inkişaf etdirilməsidir. Proqram çərçivəsində Azərbaycanın müxtəlif dini cərəyanlarının 8-10 nümayəndəsindən ibarət qrup 3 həftə ərzində ABŞ ailələrində və bu ölkənin dini icmalarının üzvləri ilə bir sıra görüşlər keçirəcək.

Qeyd olunub ki, ilkin seçmə mərhələsindən sonra müsabiqə iştirakçıları 3 nəfərdən ibarət Müsabiqə Şurası qarşısına çıxacaq. Şura üzvlərindən biri əvvəllər bu proqramda iştirak etmiş şəxs, ikincisi ABŞ vətəndaşı və elə bu ölkədə işləyən şəxs, üçüncü isə Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi olacaq. Müsabiqə iştirakçıları həm də dini qurumlarla iş üzrə Dövlət Komitəsi işçilərindən əlavə məlumat ala bilər ki, bu da "ABŞ-a səfərə daha çox hazırlıqlı olmağa imkan verəcək".

Qeyd edək ki, müsabiqənin qaliblərinə növbəti 2 il ərzində ABŞ-a getməyi qadağan edən J1 tipli viza veriləcək. Müsabiqədə hər hansı USAİD proqramına cəlb olunmuş şəxslər və ya onların qohumları iştirak edə bilməz.

Xəbər lenti

Xəbər lenti