...

Məhkəmə assosiasiyalarının birgə iclası keçirilib

Cəmiyyət Materials 1 Aprel 2006 11:12 (UTC +04:00)

Aprelin 1-də Azərbaycan Məhkəmə Hakimlərinin və Azərbaycanda İxtisaslaşdırılmış Hakimlərin assosiasiyalarının birgə iclası keçirilib. Trend xəbər verir ki, iclasda məhkəmə işinin təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

İclasa sədrlik edən Məhkəmə Hakimləri Assosiasiyasının sədri Ələddin Cəfərov hakimlərin nəzərinə çatdırıb ki, ölkə başçısının məhkəmələrin işinin daha da yaxşılaşdırılması ilə bağlı 19 yanvar 2006-cı il tarixli fərmanından irəli gələn məsələlərdən biri ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə kargüzarlığın aparılması ilə bağlıdır. Kargüzarlığın aparılmasına dair təlimat iclas iştirakçılarının müzakirəsinə təqdim olunub. Təlimat ətrafında aparılan diskussiyalar nəticəsində bir sıra təkliflər səslənəndirilib.

Daha sonra birinci instansiya məhkəməsi hakimlərinin fəaliyyətinin qiymətləndirilməsi məsələsi müzakirə edilib. Ə.Cəfərov qeyd edib ki, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi prosesi oktyabr ayına qədər yekunlaşdırılmalıdır. Assosiasiya da həmin müddətə qədər bununla bağlı diskussiyalarını başa çatdırmalıdır.

İclasın işində səslənən təkliflər protokollaşdırılıb və iclas sədri bildirib ki, təkliflər paketi baxılmaq üçün Məhkəmə Hüquq Şurasına təqdim olunacaq. Aprel ayının üçüncü ongünlüyündə isə həmin təkliflərə Məhkəmə Hüquq Şurasının toplantısında bir daha baxılacaq və müvafiq qərarlar qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti