Aprelin 3-də vəkil Adil İsmayılov erməni zabiti Qurgen Markaryanı öldürməkdə təqsirli bilinən və hazırda Budapeşt həbsxanasında saxlanılan zabitimiz Ramil Səfərovla görüşüb. Bu barədə Trend ə Adil İsmayılov məlumat verib.
Vəkilin sözlərinə görə, Ramil Səfərovun səhhəti normaldır və saxlanma şəraitindən də heç bir narazılığı yoxdur. "Ramil Səfərovun işi üzrə məhkəmə iclası aprelin 4-də Budapeşt vaxtı ilə 13.30-da başlanacaq. Vəkillərin və prokurorun çıxışları gözlənilir və prokuror məhkəmədən cəza tələb edəcək" - deyə A.İsmayılov söyləyib.
A.İsmayılovun sözlərinə görə, Ramil Səfərovun macar vəkilləri məhkəmə çıxışlarına ciddi hazırlaşıblar. Vəkillər öz çıxışlarını Ramil Səfərovun Qurgen Markaryanı öldürərkən anlaqsız vəziyyətdə olması ətrafında quracaqlar və məhkəmədən R.Səfərovun əməlinin Macarıstanın Cinayət Məcəlləsinin müvafiq maddəsinə (cinayətin anlaqsız vəziyyətdə törədilməsi) tövsif edilməsini xahiş edəcəklər.