...

Almaniyada fəaliyyət göstərən Azərbaycan Cəmiyyətləri Federasiyasının ofisi açılıb

Cəmiyyət Materials 17 Aprel 2006 17:10 (UTC +04:00)

Almaniyada fəaliyyət göstərən Azərbaycan Cəmiyyətləri Federasiyasının Berlin şəhərində ofisinin açılş mərasimi keçirilib. Trend in məlumatına görə, açılışda Federasiyanın sədri Nüsrət Dilbəstə, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ialeh Hacıyev, "Mayns-Azərbaycan" Cəmiyyətinin sədri Başar Kömür, Avropa Azərbaycanlıları Konqresinin, Atatürkçü Düşüncə Dərnəyinin və İraq Türkmənləri Cəmiyyətinin fəalları, "Yeni körpü" jurnalının redaksiya heyəti, habelə Azərbaycan və türk diasporunu birləşdirən digər cəmiyyət və dərnəklərin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Cəmiyyətləri Federasiyasının rəhbəri N.Dilbəstə bildirib ki, ofisdə təşkilatlanan dərnək və cəmiyyətlər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Avropa Azərbaycanlıları Konqresinin himayəsi və dəstəyi ilə Azərbaycan naminə həmrəylik nümayiş etdirəcəklər.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Dövlət Komitəsi sədrinin müavini Ialeh Hacıyev diasporumuzun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və təbliğində əvəzsiz rol oynadığını qeyd ediblər, Azərbaycan və türk icmasının birgə fəaliyyətinin ümumi maraqlarımıza xidmət edəcəyinə inamlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti