...

Məleykə Abbaszadə: 2006-cı ildə Azərbaycanın ali təhsil məktəblərinə qəbul planına dəyişikliklər edilə bilər

Cəmiyyət Materials 18 Aprel 2006 14:36 (UTC +04:00)

2006-cı ildə Azərbaycanın ali təhsil məktəblərinə qəbul planına dəyişikliklər edilə bilər. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

"Bu, həmin təhsil müəssisələrinin rəhbərliyindən asılı olacaq. Hazırda bir çox ali məktəblərin rəhbərlikləri həmin müəssisələrdə mütəxəssislərin hazırlandığı bu və ya digər ixtisaslara tələbatın öyrənilməsi üzrə araşdırma aparır", - deyə o qeyd edib.

TQDK sədri planlarında dəyişiklik edilə bilən ali təhsil məktəbləri arasında Azərbaycan Dövlət Tibb Universitetinin də adını çəkib. M.Abbaszadənin sözlərinə görə, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə bu il ATU-nun ayrı-ayrı fakultələrinə qəbul planı bir qədər azaldıla bilər.

Xəbər lenti

Xəbər lenti