...

Azərbaycanlı taekvondoçular Bonnda 6 medal qazanıblar

Cəmiyyət Materials 24 Aprel 2006 18:44 (UTC +04:00)

Azərbaycanın taekvondo üzrə komandası Bonnda başa çatan "A" kateqoriyalı beynəlxalq turnirdə üç qızıl, iki gümüş və bir bürünc mükafat qazanıblar.

Milli Federasiyanın birinci vitse-prezidenti Füzuli Musayevin Trend ə verdiyi məlumata görə, fəxri kürsünün ən yüksək pilləsinə Afina Olimpiadasının iştirakçısı Rəşad Əhmədov (78 kq), 2003-cü il dünya çempionatının mükafatçısı Zahid Məmmədov (54 kq), eləcə də gənclər arasında hesabda seçilən Eldar Qurbanov (45 kq) çıxıblar. Bu yaş kateqoriyasında "gümüş" medala Rövşən Cəfərov (63 kq) və Elvin Məmmədov (68 kq) və Məhəmməd Əzizli (73 kq) layiq görülüblər.

F.Musayevin sözlərinə görə, ikiqat Avropa çempionu Niyaməddin Paşayev (72 kq) nasazlıq üzündən dayanqa çıxa bilməyib.

Xəbər lenti

Xəbər lenti