...

İşgəncələr Əleyhinə Komitə apardığı monitorinqin nəticəsini yüksək qiymətləndirib

Cəmiyyət Materials 26 Aprel 2006 18:57 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin Salyan rayonunun Xıdırlı kəndində yerləşən intizam xarakterli hərbi hissəcində monitoriq keçirilib. Bu barədə Trend ə İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bildirib.

E.Behbudov onu da qeyd edib ki, monitoinq məqsədi hərbçi məhkumların saxlanma şəraiti, hərbçi zabitlərin onlara qarşı münasibəti və işgəncə faktlarının olub-olmaması ilə bağlı idi. "Monitorinqin nəticəsini müsbət qiymətləndirdik. Məhkumların saxlanma şəraiti, onların qida ilə təmin olunması bizi qane edib. Heç bir məhkum bizə şikayətlə müraciət etməyib" - deyə o qeyd edib.

E.Behbudov onu da qeyd edib ki, məhkumların saxlanıldığı kazarmalarda bütün sanitar-gigiyenik qaydalara əməl edilib.

Xəbər lenti

Xəbər lenti