...

Namiq Abdullayev Avropa Çempionatının gümüş medalını qazanıb

Cəmiyyət Materials 1 May 2006 11:27 (UTC +04:00)

Azərbaycanın sərbəst güləş üzrə idmançısı Namiq Abdullayev Moskvada keçirilən Avropa çempionatının bürünc medalına sahib olub.

Trend in xəbər verdiyi kimi, 55 kq çəki dərəcəsində çıxış edən, Afina Olimpiadasının triumfatoru uğurla finala qədər gəlib çatsa da, sonda ukraynalı Aleksandr Zaxaruka məğlub olub. Ancaq ikinci yer artıq çoxdandır ki, iri yarışlarda mükafat qazanmayan atletimiz üçün gözəl nəticə olub.

Vüsal Əliyev (60 kq) və Eldar Atakişiyevin (96 kq) isə bürünc medal qazanmaq ehtimalı var idi. Ancaq V.Əliyev ukraynalı Yevgeni Xavelova, E.Atakişiyev isə alman Ştefan Kenrerə məğlub olub.

Maraqlıdır ki, sərbəst güləşçilərimiz bir il bundan əvvəlki nailiyyətləri davam etdirib. Qeyd edək ki, həmin il Elman Əsgərov qitə birinciliyində "gümüş" medal qazanmışdı.

Xəbər lenti

Xəbər lenti