...

Elmira Süleymanova: Azərbaycanda ictimaiyyətdəki reallıqları əks etdirən mötəbər və tarazlı nəşrlərə ehtiyac var

Cəmiyyət Materials 2 May 2006 19:06 (UTC +04:00)

Azərbaycanda ictimaiyyətdəki reallaqları əks etdirən, demokratiya və vətəndaş cəmiyyətinin inkişafına xidmət edən mötəbər və tarazlı KİV-ə ehtiyac var. Bu barədə Trend agentliyinin məlumatına əsasən, ombudsmen Elmira Süleymanovanın 3 may Ümumdünya azadlıq günü münasibətilə KİV nümayəndələrinə göndərdiyi məktubda deyilir.

Bu gün Azərbaycanda müstəqil kütləvi informasiya vasitələrinin sərhədlərinin genişləndirilməsinə və elekton KİV-in inkişafına böyük diqqət ayrılır. Ombudsman buna misal olaraq qəzetlərin dövririliyinin təmin olunması üçün dövlət kreditlərinin ayrılmasını, Mətbuat şurasının fəaliyyətinin genişləndirilməsini, eləcə də ölkədə İctimai televiziyanın yaradılmasını göstərib.

Ombudsmen KİV nümayəndələrini vətəndaş hüquqlarının daha fəal müdafiəsinə çağıraraq, Dağlıq Qarabağ haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsində onların rolunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti