...

İradə Hüseynova: Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası daim hökumətin diqqətindədir

Cəmiyyət Materials 4 May 2006 13:11 (UTC +04:00)

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası daim hökumətin diqqət mərkəzindədir. Trend xəbər verir ki, bu sözləri mayın 4-də Beynəlxalq Mətbuat Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinə həsr olunmuş dəyirmi masada təhsil naziririn müavini İradə Hüseynova söyləyib.

İ.Hüseynova qeyd edib ki, son illər Azərbaycanda cəmiyyətin, müvafiq dövlət qurumların, yerli QHT-lərin, o cümlədən beynəlxalq təşkilatların bu problemlə əlaqədar həyata keçirdikləri çoxsaylı birgə layihələr təqdirə layiqdir. Məhz bu layihələrin sayəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləri həllini tapır. "Xüsusilə də Heydər Əliyev fondu tərəfindən son iki il ərzində uşaqların qayğıyısla bağlı həyata keçirilmiş layihələr diqqət mərkəzindədir. Bu Fondun xətti ilə çoxsaylı məktəblər açılıb və təhsildən kənarda qalmış uşaqlar təhsilə cəlb edilib" - deyə İ.Hüseynova qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə qeyd edib ki, artıq müxtəlif bölgələrdə yerli və beynəlxalq təşkilatların birgə əməkdaşlığı nəticəsində dayaq mərkəzləri yaradılıb. Lakin bununla belə problem tam həllini tapmayıb və bu sahədə təbliğatı gücləndirməyə ehtiyac var.

Dəyirmi masa iştirakçıları qərar qəbul ediblər ki, may ayından başlayaraq hər ay müxtəlif televiziya verilişləri, dəyirmi masalar, internat məktəblərində və uşaq evlərində görüşlər keçirməklə bu sahəyə qayğının bir qədər də artırılmasına nail olsunlar.

Xəbər lenti

Xəbər lenti