...

Ramiz Rzayev: Ramil Səfərovun Budapeştdə apellyasiya şikayətinə baxıldıqdan sonra Azərbaycan hökuməti onun məsələsi ilə məşğul olacaq

Cəmiyyət Materials 5 May 2006 13:38 (UTC +04:00)

Yaxın aylarda Azərbaycan hökuməti Macarıstanın Budapeşt şəhər Məhkəməsi tərəfindən ömürlük həbsə məhkum edilmiş azəırbaycanlı zabit Ramil Səfərovun məsələsi ilə məşğul olacaq. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev məlumat verib.

R.Rzayev bildirib ki, yaxın 3 ay ərzində Macarıstanda ədliyyə tətili elan olunduğundan R.Səfərovun apellyasiya şikayətinə ən tezi sentyabr ayında baxıla bilər. Azərbaycan hökuməti də Apellyasiya Məhkəməsinin qərarından asılı olaraq addım atacaq. Ya daha yuxarı instansiyalara müraciət olunacaq, ya da R.Səfərovun məhkumluğunu çəkmək üçün Azərbaycana verilməsi məsələsi qaldırılacaq.

"Azərbaycan hökuməti nə daxildə, nə də kənarda heç bir vətəndaşının taleyinə biganə yanaşmır. O cümlədən də Ramil Səfərovun məsələsinə" - deyə R.Rzayev bildirib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov erməni zabiti Qurgen Markaryanı öldürməkdə təqsirləndirilərək cari ilin aprel ayında Budapeşt şəhər Məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum olunub.

Xəbər lenti

Xəbər lenti