...

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi zamanı maddi zərər çəkmiş sakinlərin kassasiya şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 16 May 2006 17:54 (UTC +04:00)

Azərbaycan Respublikasının Ali Məhkəməsi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi zamanı maddi zərər çəkmiş Samux rayon sakinlərinin kassasiya şikayətini təmin etməyib. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Nehrəmli məlumat verib.

Sakinlər kassasiya şikayətlərində göstəriblər ki, neft kəməri tikilərkən əhaliyə dəymiş maddi zərərə görə kompensasiya ödəniləcəyi vəd edilib. Lakin yerli icra orqanları həmin kompensasiyaları mənimsəyib.

Vətəndaşlar hüquqlarını bərpa etmək üçün yerli və Apellyasiya məhkəməsinə müraciət etsələr də müsbət nəticə əldə olunmayıb. Bu səbəbdən də həmin məhkəmələrin qərarlarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Lakin Ali Məhkəmədə kassasiya şikayətinə baxılarkən qərara alınıb ki, əvvəlki instansiya məhkəmələrinin çıxardıqları qətnamələrdə qanun pozuntusu yoxdur və sakinlərin iddiaları əsassızdır. Bu səbəbdən də Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.

Xəbər lenti

Xəbər lenti