...

Mayın 25-dən Rusiyanın "Birinci kanal"ı MDB ölkələrinə "Birinci kanal. MDB"-nin xüsusi versiyasını yayımlamaq niyyətindədir

Cəmiyyət Materials 17 May 2006 20:33 (UTC +04:00)

Trend-i buradan izləyin

Mayın 25-dən Beynəlxalq Yayım İttifaqının müəllif hüquqlarının və standartlarının mühafizəsi haqqında beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq RF ərazisində yayım üçün nəzərdə tutulan Rusiyanın "Birinci kanal"ının peyk siqnalı bağlanılacaq. Trend in verdiyi məlumata görə, bu barədə "Birinci kanal. Ümumdünya şəbəkəsi" QSC-nin MDB və Baltik ölkələri üzrə distribusiya Departamentinin məlumatında bildirilir.

Məlumatda bildirildiyinə görə, bunun nəticəsində kanalın yayımı beynəlxalq yayım standartlarına müvafiq həyata keçiriləcək, eləcə də, Rusiya Federasiyasının sərhədlərindən kənarda "Birinci kanal"ının Rusiya versiyasının pirat yayımının qarşısı alınacaq.

Məlumatda bildirilir ki, "Birinci kanal" proqramının populyarlığını və onun televiziya auditoriyası üçün mədəni-tarixi əhəmiyyətini nəzərə alaraq kanal MDB ölkələri üçün xüsusi yaradılan "Birinci kanal. MDB" versiyasının yaradılmasını qərara alıb.

"Birinci kanal. MDB" telekanalının üstünlükləri kanalın primyera və sevimli verlişlərinin saxlanılması, hər bir ölkədə yayımın saat qurşağına uyğunlaşdırılması, MDB ölkələrində xarici proqram və filmlərin premyerasının lisenziyalı hüquqlarla göstərilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti