Azərbaycan gimnastika yığmasının kişilərdən ibarət qrupu və qadınlardan ibarət cütlüyü iyunun ortalarında Portuqaliyada keçiriləcək dünya çempionatına hazırlaşmaqda davam edir.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Azərbaycanın tamblinq komandası artıq Metsedədir (Fransa). Xatırladaq ki, burada mayın 22-27-də yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.
Püşkatmanın nəticələrinə görə, tullanma üzrə idmançılarımız Səid Səlimov və Hafiz Rzayev çıxışlarına ikinci yarımqrupda Rusiya, Portuqaliya və Litva nümayəndələri ilə birgə başlayacaq.