İyunun 1-də Bakıda və Siyəzəndə Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə "açıq qapı" günü keçiriləcək. Trend in Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, tədbirin təşkilatçısı Elmi-Tədqiqat Ginekologiya İnstitutudur.
Həmin gün saat 9:00-dan 14:00-dək hamilə qadınlar və yeni doğulmuş körpələr Bakıdakı Elmi-Tədqiqat Ginekologiya İnstitutunda və Siyəzəndəki Regional Müalicə-Diaqnostika Mərkəzində pulsuz müayinə oluna biləcək.