...

Avropa Şurasının məruzəçiləri Azərbaycanın penitensiar və məhkəmə sistemlərindəki vəziyyətlə bağlı məlumatlandırılıblar

Cəmiyyət Materials 26 May 2006 16:47 (UTC +04:00)

Mayın 26-da Avıropa Şurasının həmməruzəçiləri Anreas Qrossla Andres Herkel Azərbaycanın Ədliyyə Nazirliyinin idarə rəisləri ilə görüşündə penitensiar və məhkəmə sistemlərindəki vəziyyətlə bağlı məlumatlandırılıblar. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin insan hüquqları üzrə şöbəsinin rəisi Faiq Qurbanov məlumat verib.

F.Qurbanov bildirib ki, görüş zamanı həmməruzəçilərə Azərbaycanda son illər ərzində həyata keçirilmiş məhkəmə islahatları, o cümlədən Prezident İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi barədə Fərmanının icrası ilə bağlı görülən işlər barədə məlumat verilib.

"Həmçinin həmməruzəçilərin nəzərinə çatdırılıb ki, 2000-ci ildən başlayaraq Azərbaycanın məhkəmə sahəsində aparılan islahatlar çərçivəsində məhkəmə hakimiyyətinin təminatına xüsusi diqqət yetirilib. Bu diqqət çərçivəsində bir sıra məhkəmə binaları təmir edilib, bir neçəsi isə yeni istifadəyə verilib. İslahatlar nəticəsində məhkəmələrin səlahiyyətləri xeyli genişlənib, insan hüquqlarının təminatı ilə bağlı əsas mübahisələr müstəsna məhkəmə səlahiyyətlərinə daxil edilib" - deyə F.Qurbanov bildirib.

Görüş zamanı qonaqların penitensiar sistem sahəsindəki vəziyyətlə bağlı bir sıra sualları da cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti