...

Azərbaycanın basketbol yığması "İnkiaşf Kuboku"na yola salınıb

Cəmiyyət Materials 27 May 2006 13:34 (UTC +04:00)

Azərbaycanın basketbol yığması mayın 27-də Albaniyada başlayan "İnkişaf Kuboku"na yola salınıb.

Milli Basketbol Federasiyasının mətbuat katibi Ramin Kəsəmənskinin Trend ə verdiyi məlumata əsasən, təşkilatın prezidenti Nadir Nəsibov qarşıdakı turnirin vacibliyini vurğulayaraq bildirib ki, idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. "Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və biz səylərimizi birləşdirərək əlimizdən gələni etmişik. İndi siz Albaniyada layiqli çıxış etməlisiniz" - deyə federasiya prezidenti qeyd edib.

Öz növbəsində komandanın baş məşqçisi Rimas Kurtinaytis deyib ki, turnirə hazırlıq 2005-ci ilin dekabrından başlayıb və kollektiv yaxşı formadadır. "Hələ 2 il bundan əvvəl bizim yığmanın komplektləşdirilməsilə bağlı çətinliklərimiz var idi, lakin vaxt keçdikdən sonra bizim çoxlu perspektivli oyunçularımız meydana çıxdı" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti