...

Hacı Məmmədovun məhkəməsinə hazırlıq iclası iyunun 21-də keçiriləcək

Cəmiyyət Materials 8 İyun 2006 13:16 (UTC +04:00)

İyunun 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində (ACDİÜM) Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi dəstənin cinayət işi üzrə məhkəmə baxışına hazırlıq iclası keçiriləcək. Bu barədə Trend ə ACDİM-dən məlumat verilib.

İş üzrə materiallar ACDİÜM-nin sədr müavini Əli Seyfəliyevin icraatındadır. Məhkəmə iclaslarının açıq şəkildə keçiriləcəyi bildirilib.

Məhkəmə qarşısında 10 adam oğurluğu, 10-dan artıq qətl, ölümə sui-qəsdlər və digər ağır cinayətlərdə ittiham olunan dəstənin 27 üzvü dayanacaq. Cinayət işi üzrə istintaq Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsi tərəfindən apaılıb.

Cinayət işinin materialları 300 cilddə toplanıb.

Xəbər lenti

Xəbər lenti