Ombudsman Aparatından Trend ə verilən məlumata görə, Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti təcridxanasına baxış keçirib.
Ombudsman məhkumların saxlanılma şəraiti, kamera, gəzinti yerləri və dini ayinlərin keçirildiyi otaqların vəziyyətilə tanış olub, öz tövsiyələrini verib.