Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev payızda Bakıda keçiriləcək Dünya Kubokunun iştirakçı komandalarının sayının azaldılması haqqında təkliflə çıxış edib.
A.Əbiyevin Trend ə verdiyi xəbərə görə, on iki yığmanın yer aldığı yarışın mövcud formatında bəzi kollektivlər əvvəldən autsayderdilər. Ona görə də yığmaların sayı səkkizə endiriləcək, burada Amerika və Asiya nümayəndələrinin hər birinə iki yer veriləcək, vəsiqənin üçünü Avropa, birini isə Afrika alacaq, yarış sahibləri də bir vəsiqə əldə edəcəklər.
"Mən Beynəlxalq Assosiasiyaya (AİBA) belə təkliflə müraciət etdim və tam dəstək aldım. Həm də iştirakçıların azalması ilə yarışın keyfiyyəti mütləq artmalıdır", - deyə A.Əbiyev vurğulayıb.