...

Qrossmeyster Şəhriyar Məmmədyarov "Aerosvit-2006" turnirinin iştirakçıları arasında 5-ci reytinqə malikdir

Cəmiyyət Materials 16 İyun 2006 13:12 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov iyunun 16-da Krımda başlayacaq "Aerosvit-2006" beynəlxalq turnirinin iştirakçıları arasında 5-ci reytinqə malikdir.

Trend in xəbər verdiyi kimi, gənclər arasında dünya birinciliyinin ikiqat qalibi şəxsi göstəricilərinə görə ukraynalı Sergey Karyakin, Andrey Volokitin və Aleksandr Areşenkonu, 2005-ci ilin Avropa çempionu rumıniyalı Liviu-Diter Nisipeanunu, hindistanlı Pentalu Harikrişna və moldovalı Viorel Boloqanı qabaqlayır. Şəhriyar ispaniyalı Aleksey Şirovla eyni əmsala malikdir və reytinq üzrə təkcə ukraynalı Ruslan Ponomaryov, Vasili İvançuk, Ermənistan nümayəndəsi Vladimir Akopyan və rusiyalı Aleksandr Qrişukdan geridə qalır.

Xatırladaq ki, bu yarış 11 turdan ibarət dairəvi sistem üzrə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti