...

2006-cı ildə Azərbaycanda qızıl filizlərinin emalı zavodu inşa ediləcək

Cəmiyyət Materials 16 İyun 2006 13:54 (UTC +04:00)

2006-cı ilin sonlarınadək Azərbaycanda qızıl filizlərinin emalı zavodu inşa ediləcək. Trend in xəbər verdiyi kimi, bu barədə Amerikanın R.I. Investment Group Services LLS şirkətinin prezidenti Riza Vəziri məlumat verib. Zavod Avstraliyadan 47 mln dollara alınıb.

Onun sözlərinə görə, zavod Azərbaycana gətiriləcək və Gədəbəy rayonundakı yataqlarda kəşfiyyat işləri uğurla başa çatdıqdan sonra elə bu rayonda quraşdırılacaq.

Azerbaijan Mining Company-nin icraçı direktoru Cerald Filips bildirib ki, sovet alimlərinin araşdırmalarına görə, "Gədəbəy" qızıl yataqları 20 mln. ton mis və 800 min unsiya qızıl, "Qoşa" yatağı 5 mln. ton mis, 400 min unsiya qızıl ehtiyatlarına malikdir.

C.Fillips bu yataqlardakı qızılın keyfiyyətinin kifayət qədər yüksək olduğunu qeyd edib.

Şirkət 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə ölkənin cənub-qərbindəki yataqların işlənməsi haqqında müqavilə imzalayıb. Müqavilədə iştirak payının 49%-i RI Investment Services Grour LLC şirkətinə, 51% - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qismində Azərbaycana məxsusdur.

Xəbər lenti

Xəbər lenti