...

Şəhriyar Məmmədyarov yenə də qələbə qazanıb

Cəmiyyət Materials 20 İyun 2006 11:41 (UTC +04:00)

Forosda (Ukrayna) keçirilən iri beynəlxalq şahmat turnirinin 3-cü turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenə də qələbə qazanıb. Trend in xəbər verdiyi kimi, bu dəfə onun "qurbanı" ukraynalı qrossmeyster A.Areşenko olub. Rəqiblər at debyutunu oynayıb və ağ fiqurlarla mübarizə aparan A.Areşenko bir qədər üstünlüyə malik olub. Ancaq daha sonra o, qazandığı üstünlüyü getdikcə itirməyə başlayıb və nəticədə 47-ci dəqiqədə saatı dayandırmalı olub. Hazırda Ş.Məmmədyarovun aktivində 2.5 xal var.

Bu turda moldavan V.Boloqan rumın L-D.Nisipyanu ilə oynayıb. Boloqan da öz partiyasını qələbə ilə bitirib və 3 turdan sonra aktivində 2.5 xal var.

Bu turda ilk qələbəni ukraynalı şahmatçı S.Karyakini məğlub etmiş A.Şirov qazanıb. Birinci turda Şəhriyar Məmmədyarovun üzərində qələbə qazandığı rusiyalı S.Rublyovski FİDE versiyası üzrə keçmiş çempion ukraynalı R.Ponomaryovu məğlub edib. V.İvançuk-A.Qrişuk və A.Volokitin-P.Harikrişna arasında oynanılmış partiyalar heç-heçə ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti