Azərbaycanın bir sıra güclü güləşçiləri iyunun 23-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək "Qızıl Qran-Pri" turnirinin finalında çıxış etməyəcək.
Milli Federasiyanın vitse-prezidentinin Trend ə verdiyi məlumata görə, yunan-roma döyüş növü üzrə idmançılar - Afina çempionu, aldığı zədədən sonra sağalmaqda olan Fərid Mansurov və dünya çempionatının gümüş mükafatçısı, oyunlarda iştirakdan məhrum edilmiş Nurəddin Rəcəbov finalda iştirak etməyəcək.
Bundan başqa Məşqçilər Qərargahı Sidney Oyunlarının qalibi, sərbəst güləşçi Namiq Abdullayevə dinclik verməyi qərara alıb. O, yarışın gedişini tamaşaçılar ranqından izləyəcək. "Biz gənc güləşçiləri yoxlamağı və onlara belə iri yarışda özlərini üzə çıxarmaq şansı verməyi qərara almışıq", - deyə C.Qurbanov vurğulayıb.