...

Məhkəmə iclaslarına xüsusi geyimsiz çıxan vəkillər cərimələnəcək

Cəmiyyət Materials 21 İyun 2006 15:22 (UTC +04:00)

Məhkəmə iclaslarına xüsusi geyimsiz çıxan vəkillər cərimələnəcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədr müavini Fərhad Nəcəfov məlumat verib.

F.Nəcəfov bildirib ki, iyunun 23-də VK üzvü olan 60 vəkil xüsusi geyimlə təmin olunacaq. Həmin tarixdə VK-nın Rəyasət heyətinin növbəti toplantısı keçiriləcək. Yeni geyim 1 və 2 saylı hüquq məsləhətxanalarında çalışan vəkillərə təqdim olunacaq. İyul ayında isə vəkillərin xüsusi geyimlə təmini siyahı ardıcıllığı ilə davam edəcək. Məhkəmə iclaslarına xüsusi geyimsiz çıxan vəkillər cərimələnəcək.

"Rəyasət heyətinin iclasında həmçinin vəkil olmaq üçün sənəd verənlərin sənədləri də araşdırılacaq. Bu günədək sənəd verənlərin sayı 250-ni ötüb" - deyə sədr müavini qeyd edib.

Vəkilliyə qəbulla əlaqədar test imtahanının isə payızda baş tutacağı bildirilib.

Xəbər lenti

Xəbər lenti