...

Kvemo Kartli regionunda böyük miqyaslı media layihəsinin gerçəkləşdirilməsinə başlanıb

Cəmiyyət Materials 21 İyun 2006 20:31 (UTC +04:00)

Azərbaycanlaların sıx yaşadıqları Kvemo Kartli regionunda böyük miqyaslı media layihəsinin gerçəkləşdirilməsinə başlanıb. "İnternyus"un Tbilisi ofisindən Trend in xüsusi müxbirinə verilən məlumata görə, "Vətəndaş İnkişafı Agentliyi" QHT-sinin təşəbbüsülə həyata keçirilən layihə yerli kütləvi informasiya vasitələrinin inkişafına yönəldilib.

Layihə çərçivəsində gürcü və Azərbaycan dillərində iki qəzetin nəşrinə başlanacaq, yeni informasiya agentliyi, regional jurnalistlər üçün resurs mərkəzi və radio stansiyası yaradılacaq. Yeni qəzet Rustavi və Qardabanidə çıxan "İnformator" gürcü-rus qəzetinə bənzəyəcək.

Sülh və Müharibənin İşıqlandırılması İnstitutu (IWPR) qəzetin yaradılması üçün məsləhətlər verəcək. Radiostansiya Marneulidə təsis ediləcək. Stansiyanın gələcək əməkdaşları üçün treninqlərin təşkili və onun texniki təchizatı üçün hazırlıq işləri gedir.

Müxtəlif səpkili verlişlər gürcü, rus və Azərbaycan dillərində yayımlanacaq. Konsultasiya yardımı Amerikanın BBS teleşirkəti tərəfindən göstəriləcək. Ehtimallara görə, radiostansiya 2006-cı ilin sentyabrında işə başlayacaq.

Kvemo Kartlidəki media resurs mərkəzi Amerikanın CRS təşkilatının maliyyə vəsaiti hesabına təsis olunacaq. Onun məqsədi yerli kütlvəi informasiya vasitələrinə texniki və informasiya dəstək göstərməkdir. Mərkəz kompüter texnikası, internet və xüsusil kitabxana ilə təchiz olunacaq. Orada müntəzəm olaraq seminarlar və treninqlər keçiriləcək.

İnformasiya agentliyi isə 2007-ci ilin əvvəlində yaradılacaq və region ölkələrində baş verən hadisələri işıqlandıracaq.

Xəbər lenti

Xəbər lenti