...

Ağacan Əbiyev HBAA Konqresində iştirak edəcək

Cəmiyyət Materials 22 İyun 2006 13:03 (UTC +04:00)

Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev Həvəskar Boks üzrə Avropa Assosiasiyası Konqresinin işində iştirak edəcək. Konqres iyunun 22-də Moskvada başlayacaq. Trend in xəbər verdiyi kimi, qurultayın gündəliyinə təşkilatın fəxri rəhbərinin seçilməsi, HBAA prezidenti Eduard Husainovun məruzəsi, HBAA nizamnaməsinin dəyişdirilməsi və təsdiqlənməsinə dair təkliflərə baxılması, Assosiasiyanın rəhbər postlarına seçkilər və bir sıra digər məsələlər daxildir. Ehtimal olunur ki, A.Əbiyev həmkarları ilə Avropa boksunun inkişaf yollarını və Assosiasiyanın qarşısına qoyacağı prioritet vəzifələri müzakirə edəcək.

Dialoqun gedişində komandaların birgə təlim-məşq toplanışlarının təşkili və Pekin Olimpiadasına hazırlıq məsələlərinin də müzakirəsi istisna olunmur.

Xəbər lenti

Xəbər lenti