...

İnsan alverinin qurbanları üçün sığınacaqların təşkilinə dair təlimlər başlayıb

Cəmiyyət Materials 27 İyun 2006 17:35 (UTC +04:00)

İyunun 27-də insan alveri qurbanları üçün qaynar xətt xidmətinin, sığınacaqların təşkili və fəaliyyəti məsələlərinə dair 8 günlük təlimlər öz işinə başlayıb. Bu barədə Trend ə BMT-nin Azərbaycandakı Nüumayəndəliyindən məlumat verilib.

Təlimlər Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), ABŞ-ın Azərbaycandakı səfirliyi və ATƏT tərəfindən birgə təşkil olunub.

QHT-lər üçün nəzərdə tutulan təlimlər BMqT-nin Ukraynadakı nümayəndəliyinin və Ukrayna Qadın İnformasiya və Koordinasiya Mərkəzinin mütəxəssisləri tərəfindən keçiriləcək. Təlimlər digər məsələlərlə yanaşı sığınacaq və qaynar xəttin idarə olunması, etik və təhlükəsizlik tədbirlərinin görülməsi, insan alveri qurblalarına hüquqi və tibbi yardımın göstərilməsi, məsləhətlərin verilməsi və bu yardımın göstərilməsində QHT-lərin roluna aid mövzuları əhatə edir.

Xəbər lenti

Xəbər lenti