Azərbaycanın Təhsil Nazirliyində "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Milli konsepsiya və strategiyaları" layihəsi hazırlanıb.
Trend in verdiyi xəbərə görə, layihə beynəlxalq mütəxəssislərin iştirakı ilə Təhsil nazirliyinin ekspertləri və beynəlxalq təcrübə əsasında hazırlanıb.
Layihəyə bu sahədə mövcud problemlərin strateji istiqamətləri və həll yolları daxildir. Konsepsiya layihəsinə həmçinin kadr hazırlığı monitorinqi, fasiləsiz pedaqoji təhsilin beynəlxalq inkişaf tendensiyaları da daxildir.